Daha 3 metrostansiya təmirə bağlanacaq

Daha 3 metrostansiya təmirə bağlanacaq

Bakı Metropoliteni 2013-cü ildə üç stansiyanın - "Sahil", "Nizami" və ya "Xətai" - birində yenidənqurma işləri aparmağı planlaşdırır. Bu barədə jurnalistlərə Bakı Metropoliteninin rəis müavini Arif Rəsulov bildirib.

"Biz 2013-cü ildə yenidənqurma işlərinin aparılması üçün stansiya seçirik. Bu köhnə stansiyalardan - "Sahil", "Nizami" və ya "Xətai" - biri olacaq", - Rəsulov deyib. Onun sözlərinə görə, sentyabrın 15-dək "28 May" stansiyasının daha əvvəl yenidənqurma işləri üçün bağlanan birinci çıxışı istismara veriləcək.

"Bakı Metropoliteni yenilənmiş çıxışı planlaşdırılan tarixdə istismara verəcək. Stansiyanın bu çıxışında eskalatorların sayı 3-dən 4-dək (ikisinın eni 1 metr, ikisinin isə 80 santimetr) artırılıb", - Rəsulov vurğulayıb.

Onun sözlərinə əsasən, hazırda çıxışın xarici hissəsinin yenidən qurulması üzrə işlər aparılır: "Bu stansiya xüsusi əhəmiyyət kəsb edir, çünki ən çox yüklənən stansiyalardan biridir. Gündə orta hesabla bu stansiyadan 60-65 min nəfər istifadə edir".

Bütün xəbərlər Facebook səhifəmizdə