Bu ilin avqust ayında ərzaq məhsullarının qiymətlərinin 0,8 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin 0,3 faiz ucuzlaşması, qeyri-ərzaq mallarının qiymətlərinin sabit qalması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,5 faiz ucuzlaşmasına səbəb olub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ay ərzində ərzaq məhsullarından qarabaşaq yarmasının, toyuq ətinin, təzə balığın, yumurtanın, kərə yağının, günəbaxan və qarğıdalı yağlarının, şəkər və şəkər tozunun, bananın, almanın, armudun, şaftalının, pomidor və xiyarın, bibərin, badımcanın, soğanın, kartofun qiyməti ucuzlaşıb.
Ucuzlaşma ilə yanaşı avqust ayında unun, manna yarmasının, çörəyin, mal və qoyun ətinin, şabalıdın, kələmin, göyərtinin, çuğundurun, kökün, göy lobyanın, sarımsağın, qarpız və yemişin qiymətlərində bahalaşma da müşahidə olunub.
Avqust ayında əhaliyə göstərilən pullu xidmətlərdən internet tariflərində ucuzlaşma müşahidə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB