Şirvan şəhərinin qaz təchizatı yaxşılaşdırılır

Şirvan şəhərinin qaz təchizatı yaxşılaşdırılır

ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi ölkənin bütün bölgələri kimi, Şirvan şəhərinin də qaz təchizatının yaxşılaşdırılması və təbii qaz itkisinin aradan qaldırılması istiqamətində genişmiqyaslı tədbirləri davam etdirir.

Şəhərin qaz şəbəkəsində əsaslı təmir və yenidənqurma işləri aparılır, istismara yararsız kəmərlər yenisi ilə əvəz olunur, istismar müddətini başa vurmuş qaz sayğacları dəyişdirilir, qaz kəmərlərinin və qaz sayğaclarının həyətyanı sahələrdən küçəyə çıxarılması və yeni yaşayış massivlərinin qazlaşdırılması işləri həyata keçirilir.

Görülən işlərin nəticəsi olaraq, Şirvan şəhərində 198683 metr uzunluğunda yeni qaz kəməri çəkilmiş, 327 ədəd yeni siyirtmə quraşdırılmışdır. Şəhərin Hacıqəhrəmanlı qəsəbəsinin və "Kənd evləri" massivinin qaz təchizatı şəbəkəsi yenidən qurulmuş, Hacıqabul Qazpaylayıcı Stansiyası və Muğan ölçü qovşağından şəhərə yeni daşıyıcı qaz kəmərləri çəkilmişdir. Cari ilin yanvar-iyul ayları ərzində şəhərin Nizami, G.Şıxbalaoğlu, M.Hüseynzadə, Xaqani, Şirvan, Şəhidlər, M.Maqomayev, Vidadi, T.Ələkbərov, T.Bağırov, 1 May, E.Əzimov, İ.Qayıbov, Ş.Şükürov, Əli Bayramov, Mehmandarov küçələri və "Bağçılıq" massivində 37010 metr uzunluğunda müxtəlif diametrli qaz kəmərləri çəkilmiş və 329 qaz sayğacı həyətyanı sahələrdən kənara çıxarılmış, 2142 köhnə tipli qaz sayğacı yenisi ilə əvəz olunmuş, 312 vətəndaşın mənzilinə qaz sayğacı quraşdırılaraq qeydiyyata alınmışdır.

İstehlakçıların qaz təminatının yaxşılaşdırılması üçün şəbəkədə tənzimləmə işlərinin aparılması təmin edilmiş, 1 ədəd yeni qaztənzimləyici şkaf və 130 ədəd müxtəlif diametrli siyirtmə quraşdırılmışdır. Hazırda şəhərin "Kənd evləri" massivinin M.Əsədov küçəsində, "Bağçılıq" massivinin Naxçıvan küçəsində, Xanlar, Nizami, M.Mirzəyev və Neftçilər küçələrində qaz kəmərlərində yenidənqurma işləri aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə