Süleyman Qasımov: “Kəpəz” yatağı ilə bağlı məsələ mübahisəli olaraq qalır”

Süleyman Qasımov: “Kəpəz” yatağı ilə bağlı məsələ mübahisəli olaraq qalır”
\"Kəpəz" yatağı ilə bağlı məsələ mübahisəli olaraq qalır. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə ARDNŞ-in iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib. O, "Kəpəz" yatağı ilə bağlı məsələyə münasibət bildirib:


\"Hələ də bu məsələ mübahisəli olaraq qalmaqdadır. Xəzərin sektorlara bölünməsi ilə bağlı Azərbaycan-Rusiya, Azərbaycan-Qazaxıstan və Rusiya-Qazaxıstan arasında müqavilələr bağlansa da təəssüflər olsun ki, Azərbaycan-İran və Azərbaycan-Türkmənistan arasında razılaşma əldə olunmayıb.


S.Qasımov həmçinin diqqətə çatdırıb ki, Türkmənistan prezidentinin İrana səfəri zamanı Türkmənistanın adı çəkilən yataqda işə başlaması təəssüf doğurmaya bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə