XIX Beynəlxalq “Xəzər Neft və Qaz\" sərgisində 304 şirkət iştirak edəcək
Bu gün XIX Beynəlxalq "Xəzər Neft və Qaz, Neftayırma və Neftkimya" ("Caspian Oil and Gas") sərgi və konfransına həsr olunan mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda çıxış edən "İTE Qrup" şirkətinin Xəzər üzrə Regional direktoru Edvard Stroon bildirib ki, hər il keçirilən bu tədbir Azərbaycan sərgisi sənayesinin aparıcı qüvvəsi olmaqla yanaşı, regionun neft sektorunu təmsil edən aparıcı ekspertləri və əsas şirkətləri bir yerə toplayır: "Sərgidə dünyanın 35 ölkəsindən 304 şirkətin iştirak edəcəyi gözlənilir. Almaniya, Böyük Britaniya, Çin, Rusiya və Türkiyənin milli qrupları üçün pavilyonlar əvvəlcədən sifariş olunub. Həmçinin, MDB, Avropa və Şərqi Asiya şirkətlərinin sayı da artıb. İlk dəfə olaraq bu il sərgidə Vyetnam şirkətləri də iştirak edəcək".
"Xəzər Neft və Qaz\" sərgisinin layihə meneceri Tofiq Kərimov vurğulayıb ki, sərgi sahəsinin 40%-ni dünya şöhrətli şirkətlər tutur və onların əksəriyyəti sərginin daimi iştirakçılarıdır: \"Yerdə qalan ekspozisiya sahələri isə yerli istehsalçılar və xarici şirkətlərin yerli nümayəndəlikləri üçün ayrılıb. Sərgiyə olan daimi marağı vurğulayan odur ki, ekspozisiyanın 10%-ni əvvəllər Azərbaycan bazarında fəaliyyət göstərməyən yeni şirkətlər təşkil edirlər. Bütövlükdə, bütün sərgi ekspozisiyasının ümumi artımı 15%-dir\".
\"Bu il "Caspian Oil and Gas" sərgisi çərçivəsində ilk dəfə olaraq "Neft və Qaz, Neftayırma və Neftkimya" konfransı keçiriləcək. Konfrans neft- qaz bazarının yeni inkişaf təmayülləri, Xəzər dənizi regionunun potensialları və üstünlükləri, habelə dünyada enerji təhlükəsizliyi problemlərinin həlli perspektivlərini qiymətləndirmək üçün imkan yaradacaq. Sərgi və konfrans uzun müddət keçirilməsinə baxmayaraq hələ də dünya neft- qaz elitasının diqqət mərkəzindədir. Gələn il isə sərginin 20-ci ildönümü qeyd ediləcək\",- deyə konfransın meneceri Nigar Muradxanlı əlavə edib.
Qeyd edək ki, sərginin açılışı sabah "Bakı Ekspo" mərkəzində olacaq. Sərgi iyunun 8-nə kimi davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB