Tikinti sənayesində 56 milyon manatlıq məhsul istehsal edilib

Tikinti sənayesində 56 milyon manatlıq məhsul istehsal edilib
Mart ayında tikinti materialları sənayesində müəssisələr tərəfindən 56 milyon manatlıq və ya 9,4 faiz çox, o cümlədən 279,9 min ton sement, 12,6 min ton tikinti gipsi, 190,2 min ton beton qarışığı, 16,1 min kubmetr betondan yığma konstruksiyalar, 48 min ton asfalt və 35,5 min kubmetr kərpic və s. məhsullar istehsal edilib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, 2012-ci il aprelin 1-nə müəssisələrin anbarlarında 8,9 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə