Orta aylıq əmək haqqının həcminə görə MDB-də üçüncü yerdəyik

Orta aylıq əmək haqqının həcminə görə MDB-də üçüncü yerdəyik
2011-ci ilin yekunlarına əsasən ölkəmizdə orta aylıq əmək haqqı 470 ABŞ dollarına bərabər olub. MDB Dövlətlərarası Statistika Komitəsinin məlumatına görə, Azərbaycan qurum məkanında orta aylıq əmək haqqının həcminə görə üçüncü yerdədir.

Qeyd olunur ki, 2011-ci ilin yekunlarına əsasən, Azərbaycanda orta aylıq əmək haqqı 470 ABŞ dollarına bərabər olub. Məlumata əsasən, MDB məkanında birinci yerdə Rusiya, ikinci yerdə isə Qazaxıstan qərarlaşıb. Ötən ilin yekunlarına görə, MDB ölkələri sırasında ən yüksək inflyasiya isə Belarusda müşahidə olunub. Bu ölkədə illik inflyasiya 53% təşkil edib. Qırğızıstanda bu göstərici 17, Tacikistanda isə 13 faizdir. Azərbaycan isə ən aşağı inflyasiya səviyyəsi olan ölkələr sırasında yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə