Abşeron yarımadasının su kəmərlərində təmir-profilaktiki işlərə başlanılıb

Abşeron yarımadasının su kəmərlərində təmir-profilaktiki işlərə başlanılıb

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) istehlakçıların içməli su ilə təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, təsdiq olunmuş tədbirlər proqramına əsasən, yay rejiminə hazırlıqla əlaqədar içməli suyu mənbələrdən Abşeron yarımadasına nəql edən magistral kəmərlərdə təmir-profilaktiki işlərə başlanılıb.

Bu məqsədlə Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən Maştağa su anbarına su nəql edən iki magistral kəmərin birində təmir-bərpa işləri aparılır. Yenidənqurma işləri çərçivəsində magistral kəmərin vəziyyəti yoxlanılır, təmirə ehtiyac olan hissələr bərpa edilir, nasaz siyirtmələr yeniləri ilə əvəzlənir. Bununla əlaqədar aprelin 10-da Saray, Mehdiabad, Novxanı bağları ərazisinə, həmçinin paytaxtın Suraxanı və Sabunçu rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır. Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.


Bütün xəbərlər Facebook səhifəmizdə