\"Azərsu\" ASC Sumqayıt şəhərinin böyük hissəsini içməli su ilə təmin edən magistral su xəttinin bir hissəsinin dəyişdirilməsinə başlayıb. "Azərsu" ASC-dən SİA-ya verilən məlumata görə, Ceyranbatan su anbarından Sumqayıtı içməli su ilə təmin edən su kəmərinin 684 metr uzunluğunda olan bir hissəsi korroziyaya məruz qalıb ki, nəticədə vaxtaşırı su itkisi yaranırdı. Hazırda bu metal borular polietilen borularla əvəz edilir\".
Magistral xətt istismara verildikdən sonra 17-ci, 18-ci mikrorayonların, 42-ci məhəllənin, habelə Corat qəsəbəsinin su təchizatı yaxşılaşacaq.
Ümumilikdə, bu dəyişikliklər 33 mindən çox insanı əhatə edəcək. Tədbirlər planına əsasən, tikinti-quraşdırma işlərinin aprelin əvvəlində başa çatdırılması planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB