Kompleks Qazma İşləri Trestinin \'\'Bayıl Limanı\'\' Dəniz Kəşfiyyat Qazma İdarəsi tərəfindən \'\'Neft Daşları\'\' yatağındakı 1887 nömrəli platformadan 2295 nömrəli quyunun qazma işlərinə başlanılıb.
ARDNŞ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, layihə dərinliyi 2870 metr olan quyu Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılır.
Quyudan sutkada 30 ton neft hasil olunacağı planlaşdırılır. 2295 nömrəli quyuda istismar işləri \'\'Neft Daşları\'\' NQÇİ tərəfindən həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB