“Darvin bankası” yatağından sutkada 6 ton neft hasil olunacaq

“Darvin bankası” yatağından sutkada 6 ton neft hasil olunacaq

"Darvin bankası" yatağında yeni quyu qazılır. Kompleks Qazma İşləri Trestinin \'\'Neft Daşları\'\' Dəniz Qazma İşləri İdarəsi \'\'Darvin bankası\'\' yatağındakı 620 nömrəli meydançadan 621 nömrəli quyuda qazma işlərinə başlanıb. SİA-nın Azərbaycan Dövlət Neft Şirkətinə istinadən verdiyi məlumata görə, \'\'Abşeronneft\'\' NQÇİ-nin sifarişi ilə Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1280 metrdir. Geoloqların hesablamalarına görə, quyudan sutkada 6 ton neft hasil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə