Şəhərlərarası avtobuslara da onlayn bilet almaq mümkünləşəcək
Nəqliyyat Nazirliyi avtobus biletlərinin onlayn satışını həyata keçirmək üçün hazırlıq tədbirləri görür. Nazirlikdən SİA-ya verilən məlumata görə, Bakıda Yol Hərəkətinin İntellektual İdarə Edilməsi Sistemi çərçivəsində ölkənin regionlarının da bu sistemə qoşulması məsələsi gündəmə gəlib. Sonrakı mərhələdə isə Rusiya lokal şəbəkəsinə qoşulma planlaşdırılır. Bu isə sərnişinlərə Rusiya marşrutlarına da onlayn bilet almağa imkan yaradacaq.
Qeyd edək ki, ilk olaraq onlayn bilet satışına Azərbaycan Dəmir Yolları" QSC-ti keçib. Ancaq hələ ki, bu üsuldan geniş istifadə olunmur. Vətəndaşların internet və ya plastik kartlardan istifadə etmək imkanın az olması xidmətin populyarlaşmasına mane olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB