Bakı-Böyük Kəsik istiqamətində 317 km-lik yolun əsaslı təmiri davam edir. "Azərbaycan Dəmir Yolları" QSC-dən SİA-ya verilən məlumata görə, yanvarın 7-də isə Biləcəri-Heybət mənzilində 1250 metr yol əsaslı təmirə dayandırılacaq. Biləcəri-Heybət mənzilinin 528-518-ci kilometrində start götürəcək təmir işləri, günaşırı olmaqla, yanvarın sonunda başa çatacaq və 11 km yol əsaslı təmir olunacaq.
Qurumdan bildirildi ki, yolların əsaslı təmiri prosesini Çexiya bankının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB