Şirzad Abdullayev: “2011-ci ildə maliyyələşdirilən iri sahələr əsasən aqrar sferanı əhatə edir” - AÇIQLAMA

Şirzad Abdullayev: “2011-ci ildə maliyyələşdirilən iri sahələr əsasən aqrar sferanı əhatə edir” - AÇIQLAMA

"2011-ci ildə maliyyələşdirilən iri sahələr əsasən aqrar sferanı əhatə edir". SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Qərb bölgəsinə səfəri çərçivəsində Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat verib. Həmçinin əlavə edib ki, kənd təsərrüfatı sektoru ilə yanaşı sənaye müəssisələrinin inkişafına da dövlət tərəfindən vəsait yatırılıb.


"Yeni il də 200 mln. manatlıq büdcə formalaşdırılıb. Növbəti ildə də əsasən aqrar sahəyə yatırımlar olacaq. Bununla yanaşı yüngül sənaye və ixrac yönümlü sənaye müəssisələrin fəaliyyətə başlaması məqsədilə də kapitallar ayrılacaq", - deyə Ş.Abdullayev əlavə edib.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə