\"Kredit Bayramı\"na start verildi
Bu gün AccessBank \"Kredit Bayramı\" adlı yeni kredit kampaniyasına start verdi. SİA-nın xəbərinə görə, bu kampaniyanın şərtlərinə uyğun olaraq, Yeni İlədək AccessBank-da kredit (mikro və kiçik biznes kreditləri, aqrokreditlər, nağd kreditlər) götürən müştərilər əsas məbləği yalnız Novruz Bayramından sonra ödəyəcəklər.

Bu kampaniya çərçivəsində müştərilər AccessBank-dan, 5 il müddətinə, 100 manatdan 3 000 000 manatadək məbləğdə istənilən növ krediti götürə bilərlər!

AccessBank-ın Baş Meneceri Andrev Pospielovsky yeni kampaniyanın başlanmasını şərh edərək deyib: "AccessBank həmişə öz müştərilərinə ən rahat məhsullar təqdim etməyə çalışır".

АccessBank-ın missiyası, aşağı və orta gəlirli Azərbaycan ailələrinə, eləcə də mikro və kiçik sahibkarlara maliyyə xidmətləri göstərməkdən ibarətdir. АccessBank beynəlxalq Fitch reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank adına layiq görülüb (BB+), həmçinin Global Finance (2011) və Euromoney Nəşriyyat Qrupu (2010-2011) tərəfindən "Azərbaycanın ən yaxşı bankı" və The Banker nəşri tərəfindən isə "İlin bankı" adına layiq görülüb. AccessBank 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank – Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH (3.5%) şirkətləridir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня