ABŞ-Aİ Energetika Şurası: “Bakı ilə Ankaranın qaz tranziti müqaviləsi vacib hadisədir”

ABŞ-Aİ Energetika Şurası: “Bakı ilə Ankaranın qaz tranziti müqaviləsi vacib hadisədir”

ABŞ və Avropa İttifaqı Energetika Şurası ABŞ Dövlət katibi Hillari Klinton, ABŞ energetika naziri Stiven Çu, Avropa İttifaqı (Aİ) xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton və energetika məsələləri üzrə avrokomissar Günter Ottingerin iştirakı ilə görüş keçirilib. Görüşdən sonra bəyanat qəbul olunub.

ABŞ Dövlət Departamentinin yaydığı sənəddə deyilir: "ABŞ və Avropa İttifaqı Bakı ilə Ankara arasında 25 oktyabr 2011-ci il tarixli qaz tranziti müqaviləsini vacib hadisə sayır, o, "Cənub dəhlizi" layihəsi üçün irəliyə doğru bir addımdır. ABŞ və Avropa İttifaqı Energetika Şurası "Şahdəniz 2" konsorsiumunun kommersiya müqaviləsinin başa çatmasını gözləyir. O, "Cənub dəhlizi" layihəsi üçün qaz mənbəyi açacaq. Rusiya Avropa və dünya energetikasının ayrılmaz hissəsidir. ABŞ-Avropa İttifaqıİ Moskvanı vergi sahəsində islahat aparmağa, enerji sektorunu şəffaf şəkildə investisiyalaşdırmağa, enerji bazarları açmağa çağırıb".

Bütün xəbərlər Facebook səhifəmizdə