“Qara qızıl” bahalaşmaqda davam edir

“Qara qızıl” bahalaşmaqda davam edir

Neft yenidən bahalaşıb. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 1,01 dollar və ya 1,1 faiz artaraq 1 barelə görə 97,18 dollar təşkil edib.

ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,59 dollar və ya 0,6 faiz artaraq 107,61 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə