İnternetə qoşulma sürəti 3 dəfə artıb

İnternetə qoşulma sürəti 3 dəfə artıb

Ölkədaxili internet şəbəkəsinin qlobal internet şəbəkəsinə qoşulma sürəti əvvəlki illərlə müqayisədə 3 dəfə artaraq 44.5 Gb/san. təşkil edir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən SİA-ya verilən məlumata görə, son 9 ayda Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,5 milyon dəqiqə artaraq 545, dəqiqə, çıxış trafikinin həcmi isə 14,8 milyon dəqiqə artaraq 133 milyon dəqiqə təşkil edib: \"Bunlarla yanaşı, Gürcüstanın dünya ölkələrinə çıxış telefon trafikinin alternativ olaraq Azərbaycan üzərindən yönləndirilməsi təmin olunub. Siyəzən-Rusiya sərhəd-keçid məntəqəsi arasında isə fiber-optik magistral tikilib".


Bütün xəbərlər Facebook səhifəmizdə