İnflyasiyanın aşağı düşməsi üçün kollektiv məsuliyyət müzakirə edildi

İnflyasiyanın aşağı düşməsi üçün kollektiv məsuliyyət müzakirə edildi

Azad İstehlakçılar Birliyi (AİB) Avrasiya Əməkdaşlıq fondu tərəfindən dəstəklənən "İnflyasiyanın aşağı düşməsi üçün istehlahçıların kollektiv məsuliyyətinin artırılması" istiqamətində layihə həyata keçirib. SİA-nın xəbərinə görə, layihə ilə bağlı keçirilən tədbirdə çıxış edən AİB-nin sədri Eyyub Hüseynov bu layihənin ölkə prezidentinin 14.01.2011 tarixdə Nazirlər Kabinetinin yığıncağında söylədiyi "Qiymətlərin süni şəkildə şişirdilməsinə yol verməməliyik" tapşırığına ictimai dəstək olaraq həyata keçirildiyini bildirib. Qeyd olunub ki, layihə çərçivəsində biznes qurumlarını əlavə xərclərdən xilas etmək üçün bukletlər çap olunub, Beyləqanda, Sabirabadda, Qubada, Tovuzda maraqlı tərəflərlə görüşlər keçirilib, hökumət qurumlarına təkliflər verilib. Sədr həmçinin Azərbaycan prezidenti cənab İlham Əliyevin 31 may 2005-ci il tarixli 242 saylı "Azərbaycan Respublikasında antinfilasiya tədbirlərinin gücləndirilməsi haqqında" fərmanına toxunub. Bildirib ki, bu fərmanın yerinə yetirilməsi ilə əlaqədar İqtisadi İnkişaf Nazirliyinə, Dövlət Gömrük Komitəsinə, Dövlət Statistika Komitəsinə dəfələrlə rəsmi müraciətlər göndərilsə də heç bir cavab verilməyib. "Bununla da təhlillər göstərir ki, qiymətlər süni artırılır və ölkə prezidentinin narahatlığı təsadüfi deyil" - deyə AİB-nin sədri qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə