Gənc sahibkarlar işgüzar əlaqələrini genişləndirir

Gənc sahibkarlar işgüzar əlaqələrini genişləndirir

İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzində oktyabrın 14-də 2010-cu ilin iyun-iyul aylarında Almaniyanın Karl-Dyusberq Tədris Mərkəzində tədris və təcrübə keçmiş 20 gənc azərbaycanlı menecerin ixtisasartırma kursunun səmərəliliyinin qiymətləndirilməsinə həsr olunmuş seminar keçirilib.

SİA-nın nazirliyin rəsmi saytına istinadən məlumatına görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Almaniyanın GİZ təşkilatının və Karl-Dyusberq Tədris Mərkəzinin nümayəndələri, həmçinin müxtəlif illərdə Almaniyada ixtisasartırma kursu keçmiş 30-dan çox sahibkar və gənc menecer iştirak edib. Seminarda çıxış edən İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri maarifləndirmə tədbirlərinin sahibkarlıq fəaliyyətinin səmərəli təşkilində rolundan bəhs edib, Almaniyada təşkil edilmiş ixtisasartırma kurslarının əhəmiyyəti barədə məlumat verib, bu proqramın gələcəkdə də davam etdirilməsinin Azərbaycan gənclərinin menecment sahəsində beynəlxalq təcrübəyə yiyələnməsi, iş adamları arasında işgüzar əlaqələrin genişlənməsi baxımından əhəmiyyətini vurğulayıb. 2 gün davam edəcək seminarda ixtisasartırma kursunda iştirak etmiş menecerlər təqdimatla çıxış edəcəklər.


Bütün xəbərlər Facebook səhifəmizdə