Qərb bölgəsindən dəmiryolu vaistəsi ilə əsasən Gürcüstana neft və filiz daşınır
Nəqliyyat Nazirliyinin göstərişinə uyğun olaraq ölkənin Qərb bölgəsi üzrə dəmiryolu vaistəsi ilə nəzərdə tutulan yüklərin daşınması tam yerinə yentirilib. Bu barədə SİA-nın bölgə müxbirinə məlumatı Azərbaycan Dövlət Dəmiryolları Qapalı Səhimdar Cəmiyyətinin Qərb bölgəsi üzrə Yükdaşımaları İstehsalat Birliyinin rəis müavini Aydın Məmmədov bildirib.
Ounun sözlərinə görə sözlərinə görə qeyd olunan bölgədən təxminən 21 min 700 vaqon yük daşınıb və 13 min 355 vaqon yük boşaldılıb. Əasən Gürcüstan respublikasına neft məhsulları aparılıb. Eyni zamanda Daşkəsən rayonundan filiz və digər yüklərində daşınması tam həyata keçirilib. Bundan əlavə qərb bölgəsində sürət qaratlarına hazırlıq işləri də intensivləşdirilib. Müasir süərtli sərnişin daşıyacaq qatarlar üçün dəmiryolları dəyişdirilir. İşlərə Qazax və Ağstafa rayonundan başlanılıb.
Bildirək ki, dəmiryolunun qərb istiqaməti strateji önəm daşıdığından bu istiqamətdən təxminən müxtəlif ölkələrə gün ərzində 100 vaqondan artıq yük və 400 dən çox sərinşin daşınmaqdadır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB