ÜDM istehsalında artım var
Ümumi Daxili Məhsul ( ÜDM ) 2011-cu ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.1 faiz, yaxud müqayisəli qiymətlərlə 292.5 milyon manat çox əlavə dəyər istehsal olunub və onun ümumi həcmi 30.9 milyard manata çatdırılıb. SİA-nın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ÜDM-in 66.8 faizi məhsul istehsalı sahələrində, o cümlədən 53.3 faizi sənaye müəssisələrində, 7.3 faizi inşaat kompleksində, 6.2 faizi isə aqrar bölmədə istehsal olunub.

Xidmət sahələrində yaradılmış əlavə dəyərin 6.0 faizi nəqliyyat, 8.3 faizi ticarət, pullu xidmət və ictimai iaşə, 1.7 faizi rabitə, 11.3 faizi digər sahələrin payına düşür. Məhsula və idxala tətbiq olunmuş vergilər ÜDM-in 5.9 faizini təşkil edib. Orta hesabla adambaşına 3418.4 manatlıq (4320.6 ABŞ dolları) ÜDM istehsal olunub.

Qeyri-neft sektorunda əlavə dəyər istehsalı 8.5 faiz artıb, neft sektorunda isə 6.2 faiz azalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com