\"Aqrarkredit\" bu ilin 8 ayında 608 sahibkara 4 milyon manatdan artıq kredit ayırıb

\"Aqrarkredit\" bu ilin 8 ayında 608 sahibkara 4 milyon manatdan artıq kredit ayırıb

Azərbaycanın \"Aqrarkredit\" bank olmayan kredit təşkilatı tərəfindən 2011-ci ilin 8 ayı ərzində Kənd Yerlərinin Kreditləşməsi xətti ilə 608 sahibkarlıq subyektinə 4,046 mln. manat, o cümlədən heyvandarlığın inkişafına 1,967 mln. manat, bitkiçiliyin inkişafına 314,6 min manat, ticarət və xidmət sahələrinə 1,712 mln. manat, digər sahələrə 52 min manat, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına isə 853 sahibkara 10 mln. manata yaxın kredit verilib. SİA-nın xəbərinə görə, təşkilatdan verilən məlumata görə, hesabat dövründə Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (İFAD) maliyyələşdirdiyi \"Şimal-Şərq İnkişaf layihəsi\" çərçivəsində Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında 362 sahibkarlıq subyektinə və borcalan qrupuna 1 mln. manat, eləcədə həmin fondun maliyyələşdirdiyi digər \"Şimal-Qərb Kənd inkişaf layihəsi\" çərçivəsində Qazax, Ağstafa, Tovuz, Şəmkir rayonlarında 521 borcalan qrupuna və fərdi sahibkara 1,4 mln. manat kredit verilib.

Həmin dövr ərzində Kredit təşkilatının filialları tərəfindən Yaponiya Hökumətinin qrantı və Tərəfdaşlıq Fondu hesabına ötən illərdə alınmış və lizinq qaydasında kənd təsərrüfatı məhsulları istehsalçılarına icarəyə verilmiş kənd təsərrüfatı texnikalarının istifadəsindən Tərəfdaşlıq Fondunun hesabına 16,7 mln. manat vəsait toplanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня