Azərbaycan və Həştərxan vilayətinin ticarət-iqtisadi imkanlarının təqdimatı keçirilib - FOTO

Azərbaycan və Həştərxan vilayətinin ticarət-iqtisadi imkanlarının təqdimatı keçirilib - FOTO
Bu gün Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan və Rusiyanın Həştərxan vilayətinin ticarət-iqtisadi imkanlarının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, təqdimat mərasimi İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutub.


Tədbirdə Azərbaycan və Rusiyanın Həştərxan vilayəti tərəfdən dövlət rəsmiləri ilə yanaşı, hər iki tərəfdən sənaye, kənd təsərrüfatı, loqistika, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən 50-ə yaxın iş adamı iştirak edib.


Təqdimatda İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin çıxış edərək, mövcud iqtisadi əlaqəlar və əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri barədə məlumat verib, işgüzar görüşlərin əhəmiyyətini vurğulayıb, iş adamlarını əlaqələri daha da genişləndirməyə, investisiya layihələrində birgə iştiraka dəvət edib.


Tədbirdə AZPROMO-nun vitse-prezidenti Rüfət Məmmədov Azərbaycanın biznes imkanları və investisiya mühiti, iqtisadi imkanları barədə təqdimatlarla çıxış edib.


Tədbir çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib, əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə