İstifadəyə yararsız 180 kiloqram ərzaq satışdan çıxarılıb

İstifadəyə yararsız 180 kiloqram ərzaq satışdan çıxarılıb

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinqlər keçirilib.

SİA-nın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə monitorinqlər zamanı Bakının Xətai rayonunda S.Ə.Şirvani və M.Rüstəmov küçələrinin kəsişməsində yerləşən "Rövşən market"də,

Ukrayna dairəsi, M.Hadi küçəsindəki "Hakim market"də,

Zığ şossesi, 31 ünvanında Ramil Camalova məxsus mağazada;

Binəqədi rayonunda Ə.Naxçıvani küçəsi, ev 4 B ünvanında "A&F market"də,

C.Xəndan küçəsində Musa İsayevə məxsus mağazada və "Yeni market"də,

8-ci mikrorayon, ev 34 ünvanında yerləşən "Nur market"də;

Füzuli rayonunda Kərimbəyli kəndində Akif İbadova məxsus mağazada,

Ağstafa şəhərində, R.Əsədov küçəsində Rəşid Nəsibova məxsus mağazada;

Qusar şəhərində Səfixanov küçəsində yerləşən "Planet market"də;

Ağdaş rayonunda Ləki qəsəbəsində Ağahüseyn Salmanova məxsus mağazada ümumi çəkisi 180 kq-a yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub və satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə