2011-ci il iyul ayının 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin ümumi həcmi 5 milyard 930,0 milyon manat təşkil edib. Mərkəzi Bankın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bunun 3 milyard 451,4 milyon manatı əhali tərəfindən yerləşdirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,7% çoxdur.
2011-ci il iyulun 1-nə banklara qoyulan əmanətlərin 1 milyard 674,2 milyon manatı (48,5%) manatla, 1 milyard 777,2 milyon manatı (51,5%) isə xarici valyuta ilə cəlb edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB