Nazim Məmmədov: \"Yeni enerji layihələrinin həyata keçirilməsi Azərbaycana həm daxili tələbatını ödəməyə imkan verir, həm də enerji ixracatçısına çevirir\"-AÇIQLAMA
\"Azərbaycanın son zamanlar neft sektorundan artan gəlirlərini qeyri-neft sektoruna transfer etməsi geniş vüsət alıb\". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı, ekspert Nazim Məmmədov deyib. Onun sözlərinə görə, regionların inkişafı ilə bağlı Dövlət Proqramlarının icrası ilə əlaqədar prezident regionlara tez-tez səfər edir və görülən işlərlə yaxından tanış olur. \"O cümlədən, şimal bölgəsinə səfəri zamanı da cənab Prezident Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Vəlvələçay-Taxtakörpü kanalının tikintisi ilə yaxından tanış oldu. Bu lahiyələr istər bölgə üçün, istərsə də Azərbaycanın bərpa olunan enerji sektoru üçün çox vacib bir lahiyədir. Bu lahiyə həm sözügedən bölgənin suvarılması, həm də Sumqayıt şəhərinin enerji ilə təmin olunmasına yardımçı olacaq\". Daha sonra ekspert N.Məmmədov bildirib ki, bu vaxta qədər Azərbaycan enerji sahəsində Rusiyadan, İrandan enerji idxal edirdi və müəyyən mənada asılılığı vardı, ancaq belə lahiyələrin reallaşması Azərbaycana həm daxili tələbatını ödəməyə imkan verir, həm də enerji ixracatçısına çevirir. Daha sonra N.Məmmədov qeyd edib ki, Azərbaycan infrastruktur lahiyələrini genişləndirmək üçün hər nə qədər öz valyutalarından istifadə etsə də bu yöndə beynəlxalq təşkilatlarla, Dünya Bankı ilə, Asiya İnkişaf Bankı ilə əməkdaşlığa məhkumdur. \"Bu nə deməkdir? Yəni Azərbaycan bu gün öz lahiyələrinin maliyyələşdirməyə malikdir, amma belə tədbirlərdə əməkdaşlıq etməsə, gələcəkdə maliyyə bazarı tapmaq da çətin olacaq. Amma burda da bir nüans var ki, borclanma da gərək dəqiq hesablansın. Bildiyimiz kimi, on ildən sonra Azərbaycanın valyuta ehtiyatlarının 150-200 milyard dollar olacağı proqnozlaşdırılır. Elə etmək lazımdır ki, borclanma bu vəsaitlərin idarə olunmasından daxil olacaq vəsaitləri üstələməsin\"
Bundan başqa defolt məsələsinə də toxunan iqtisadçı qeyd edib ki, Azərbaycan bu yöndə düşünülmüş addımlar atmalıdır. \"Burada xaricdəki vəsaitləri hansısa ölkənin borc kağızlarını almağa deyil, həmin ölkələrin aktivlərinə yatırmaqla bu riski minimuma endirmək olar və Azərbaycan bundan qazanclı çıxar. Buna alternativ olaraq prezidentimizin qeyd etdiyi çox gözəl bir fikri var. O, deyib ki, xaricdəki vəsaitlərin bir qismi ölkəyə gətirilməli və ən rentabelli ölkə banklarında yerləşdirməli və yerli sahibkarlara uzun müddətli kreditlər şəklində verməlidir. Bu prosesi ölkə iqtisadiyyatının götürə biləcəyi həddə qədər etmək lazımdır. Əlbəttə, ölkəyə artıq valyuta gətirmək də məqsədəuyğun deyil və geridə qalan məbləğlə xaricdə yatırımlar etmək olar. Bu yatırımlar isə Azərbaycanla heç problemi olmayan və siyasi cəhətdən sabit ölkələrə olmalıdır ki, sabah Azərbaycan qoyduğu vəsaitdən qazanc əldə edə bilsin\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB