ARDNŞ-də “Russneft” şirkətinin nümayəndələri ilə birgə müşavirə keçirilib

ARDNŞ-də “Russneft” şirkətinin nümayəndələri ilə birgə müşavirə keçirilib
Bu günlərdə ARDNŞ-nin Baş ofisində Dövlət Neft Şirkətinin nümayəndələri ilə "Russneft" şirkətinin təmsilçiləri arasında birgə müşavirə keçirilib. SİA-nın xəbərinə görə, müşavirədə ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, Neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezident Rəhman Qurbanov, müvafiq idarə və şöbələrin mütəxəssisləri, "Russneft" şirkətinin birinci vitse-prezidenti Sergey Baxir, Elmi-texniki mərkəzin direktoru Aleksandr Kundin, "Qlobal Energy Azerbaijan Ltd" şirkətinin prezidenti İqor Kirdoda, eləcə də əməliyyat şirkətlərinin rəhbərləri iştirak ediblər. İşgüzar şəraitdə keçirilib geniş müşavirədə əməliyyat şirkətlərinin istehsalat göstəriciləri geniş təhlil edilib, mövcud problemlər hərtərəfli araşdırılmış və perspektiv fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Neft-qaz hasilatının artırılması, istehsalatda elmi-texniki yeniliklərin geniş tətbiqi, texniki təhlükəsizliyin təminatı və ətraf mühütün mühafizəsi ilə əlaqədar məsələlər barəsində konkret təkliflər nəzərdən keçirilib, bu istiqamətlərdə uzunmüddətli fəaliyyət proqramlarının hazırlanıb həyata keçirilməsi qərara alınmışdır. Tərəflər müşavirənin gedişini yüksək qiymətləndirilib, qəbul edilmiş qərarların vaxtında icrası və müvafiq görüşlərin vaxtaşırı təşkil edilməsinin zəruriliyini bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə