2006-cı ildə Azərbaycanda həyata keçirilən denominasiya prosesi zamanı dövriyyəyə xırda pullar da buraxıldı. Ancaq çox az vaxtda onlar istifadəyə yaramadı. Hazırda 1, 3, 5 qəpiklər lazımsız əşyaya çevrilib və demək olar ki, heç bir alış-verişdə istifadə edilmir. Bu gün yalnız bir necə alqı - satqı mərkəzlərində xırda qəpiklər qəbul olunur. Qalan yerlərdə isə onların qəbul etməkdən imtina olunur. Mütəxəssislər isə xırda nominal pullar dövriyyədə olduğu üçün onların qəbul olunmamağını qanunvericiliyə zidd hal kimi dəyərləndirirlər. Puldan imtina edən şəxs qanunvericiliyə uyğun olaraq cəzalandırıla da bilər.
Məsələ ilə bağlı Mərkəzi Banka suallarımızı ünvanlandıq. Bankın mütəxəssislərinə istinadən mətbuat xidmətinin rəhbəri Namiq Əliyev suallarımızı belə cavablandırdı:
- 1 və 3. 1, 3 və 5 qəpiklərin dəyərinin artırılması istiqamətində hər hansı tədbirlər görülürmü ? Qəpiklərin dəyərinin itirilməsinə səbəb nədir?
- Ümumiyyətlə, pul nişanlarının zaman keçdikcə tədricən dəyərinin itirilməsi inflyasiya ilə bağlıdır. İnflyasiya əsas səbə istehlak malları və xidmətlərinin keyfiyyətinin artmadığı halda qiymətlərin bahalaşmasıdır. Aşağı templi inflyasiya iqtisadi inkişafın labüd nəticəsidir. Bu baxımdan Azərbaycan Respublikasında iqtisadi inkişafı təqib edən mülayim inflyasiya prosesi pul nişanlarının əmtəə və xidmətlər bazarında dəyərinin tədricən itirilməsi ilə nəticələnir. Bu, inkişaf səviyyəsindən asılı olmayaraq hər bir iqtisadiyyat üçün təbii prosesdir.
- Xırda qəpiklərin birdəfəlik dövriyyədən çıxarılması nəzərdə tutulub?
- Mövcud qanunvericiliyə əsasən Azərbaycan Respublikasının bütün pul nişanları, o cümlədən, əskinazlar və xırda nominalı pul nişanları ölkə ərazisində qanuni ödəniş vasitəsidir. Bu pul nişanlarının, o cümlədən , xırda nominallı pul nişanlarının (qəpiklərin ) birdəfəlik dövriyyədən çıxarılması nəzərdə tutulmur.
- Xırda qəpiklərin dəyərini itirməsi hökumətin maliyyə fəaliyyətinə nə dərəcədə zərbə vurur?
- Xırda qəpiklərin dəyərinin itirməsi hökumətin maliyyə fəaliyyətinə hər hansı zərbə vurmur. Təbii proses olaraq xırda nominallı pul nişanlarının istehlak bazarında dəyərinin tədricən itirilməsi ilə paralel nominallar üzrə emissiyanın restrukturizasiyası da həyata keçirilir ki, bu da izafi maliyyə yükü yaratmır.
- Xırda qəpiklərin hazırlanmasına nə qədər vəsait sərf olunur?
- Denominasiya nəticəsində tədavülə 160 min manat məbləğində 1 qəpik, 400 min manat məbləğində 3 qəpik, 1 mln. manat məbləğində 5 qəpik nominallı sikkələr buraxılıb. Onların istehsalı beynəlxalq təcrübəyə uyğun olaraq orta bazar qiymətləri ilə həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%
Sizin reklam yeriniz

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



