“Azneft” İstehsalat Birliyində Risklərin idarə olunması sisteminin təşkili və tətbiqi yolları müzakirə edilib

“Azneft” İstehsalat Birliyində Risklərin idarə olunması sisteminin təşkili və tətbiqi yolları müzakirə edilib

Bu günlərdə ARDNŞ-nin "Azneft" İstehsalat Birliyində Risklərin idarə olunması sisteminin təşkili və tətbiqi yollarının müzakirəsi məqsədi ilə geniş müşavirə keçirilib. SİA-nın məlumatına görə, müşavirədə çıxış edən baş direktorun müavini Cəlair Səmədov risklərin idarə edilməsinin "Azneft" İB-nin idarəetmə sisteminin ayrılmaz tərkib hissəsi olduğunu və bu sistemin tətbiq edilməsində hər bir əməkdaşın məsuliyyət daşıdığını qeyd edib. Bildirilib ki, risklərin planlı şəkildə idarə olunması əməliyyatların aparılmasında qeyri-müəyyənlik hallarını azaldacaq və idarəetmənin səmərəliliyini artıracaqdır. Çıxış edənlər İstehsalat Birliyinin bütün idarə, müəssisə və təşkilatlarında risklərin idarə olunması mədəniyyətinin yaradılması yolları barədə fikirlərini bildiriblər. Müşavirədə birliyin rəhbərliyi, idarə və şöbə rəisləri iştirak edib, çoxsaylı müzakirələr aparılıb. Qeyd olunub ki, "Azneft" İB-də risklərin idarə olunması sisteminin müvəffəqiyyətlə tətbiq olunması qarşıda duran vəzifələrin icra edilməsində əminliyin yaradılmasına və bununla ARDNŞ-nin beynəlxalq nüfuzunun daha da yüksəldilməsinə yardım edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə