“Microsoft”un 250 min dollarlıq mükafatı

“Microsoft”un 250 min dollarlıq mükafatı

"Microsoft" milyardlarla arzuolunmaz e-mail göndərən virusa qarşı müharibə elan edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Microsoft "Rustock" botnet (spam yayan və parolları sındıran proqram şəbəkəsi) barədə, bu proqramın arxasındakı insanlar haqqında məlumat verən şəxslərə 250 milyon dollar mükafat vəd edib. Şirkət bu məlumatları [email protected] ünvanına göndərməyi xahiş edir.

"Rustock" botnet 2006-cı ildən fəaliyyət göstərir və bu müddət ərzində 2.4 milyon kompüterə ziyan vurub. Məlumatlara əsasən, proqram təminatçıları Rusiya ərazisindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə