Tikinti materialları bahalaşıb
İyun ayında Bakıda tikinti materiallarının qiyməti 0,73% bahalaşıb."Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən SİA-ya verilən məlumata görə, 38 adda 88 növdə tikinti materialı üzrə aparılan monitorinq nisbi canlanmanın müşahidə edilməsi ilə yanaşı, bir çox tikinti materialları növləri üzrə qıtlığın yarandığını göstərib. İstehlakçıların tələbatlarının ödənilmədiyi tikinti materialları sırasında daha çox Rusiyadan idxal edilən dikt və DVP-nin, yerli məhsullardan isə şveller və katinkanın bəzi növləri var.


Qiymət artımları əsasən Ukrayna (13,64%) və Rusiyadan (10,94%) idxal edilən sinklənmiş təbəqələrdə özünü göstərib. Sahibkarlar bu artımın mövsümi amillərlə əlaqədar olduğunu bildiriblər. İyun ayında sink təbəqə 9,2%, katinka 5%, künyə 4,35%, dikt 4,15%, şveller 0,82% bahalaşıb.


Qiymətində azalma müşahidə edilən tikinti materialları arasında "Baku Steel Company" şirkətinin armatur da var. Bir ton armaturun qiyməti ötən aydakı 790 manata qarşı 780 manat olub. İyun ayında armatur 1,27%, dəmir təbəqə 1,03%, laminat-parket 0,38%, üzlük daş 0,27%, izolyasiya 0,22% ucuzlaşıb.


Ümumilikdə ilin əvvəlindən indiyədək tikinti materialları 15,3%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 23,3% bahalaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня