Neftin qiyməti artır

Avropadakı borc böhranının İtaliyaya keçməsi ilə bağlı narahatlıqlar fonunda ötən gün dünya bazarlarında neftin qiyməti artıb. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 2,28 dollar və ya 2,4 faiz artaraq 1 barelə görə 97,43 dollar təşkil edib.

ICE London qitələrarası birjasında avqustda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,51 dollar artaraq 117,75 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə