Avropa Mərkəzi Bankı faiz dərəcələrini yüksəldir

Avropa Mərkəzi Bankı faiz dərəcələrini yüksəldir

Avropa Mərkəzi Bankı (AMB) avronun istifadə olunduğu ərazilərdə inflyasiyanı azaltmaq üçün faiz dərəcələrini artırır. SİA-nın xəbərinə görə, AMB-nin bu addımı bəzi iri həcmli iqtisadiyyata malik Avropa ölkələrindəki inflaysiyanın həddini nizamlamağa hesablanır. Ekspertlərin fikrincə, AMB faiz hədlərini 2,25%-dən 2,5%-ə qaldıracaq.

Xatırladaq ki, Avropa Mərkəzi Bankının rolu avro pul vahidindən istifadə edən 17 ölkədə inflyasiyanın və faiz dərəcəsinin stabil saxlanılmasıdır.

Belə ki, AMB-nin proqnoz verdiyi kimi inflyasiyanın faiz dərəcəsi 2% deyil, 2,7% olmuşdu. Qeyd edək ki, AMB-nin bu qərarı da problemin həllinə kömək eləmir. Faizlərin qalxacağı təqdirdə Yunanıstanın və Portuqaliyanın vəziyyəti yenidən pisləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə