Nadir Əzməmmədov: \"Gürcüstanda baş verən qatar qəzasının Azərbaycana aidiyyəti yoxdur”

Nadir Əzməmmədov: \"Gürcüstanda baş verən qatar qəzasının Azərbaycana aidiyyəti yoxdur”

\"Gürcüstanda baş verən qatar qəzasının Azərbaycana aidiyyəti yoxdur". Bunu SİA-ya verdiyi açıqlamasında Azərbaycan Dövlət Dəmiryol İdarəsinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib. Onun sözlərinə görə, baş verən qəza Gürcüstanın daxilində baş verib və qəzaya uğrayan qatarlar Azərbaycanın deyil: \"Əgər bizim qatar olsaydı, biz mətbuata geniş açıqlama verərdik". Bundan başqa N.Əzməmmədov onu da bildirib ki, qəzanın Azərbaycana aidiyyəti olmadığından Azərbaycan tərəfi bu haqda Gürcüstandan geniş məlumat ala bilmir və bu onların daxili işidir.

Qeyd edək ki, ötən gecə Gürcüstanın qərbində Marelisi kəndində yanacaqla dolu vaqonlar relsdən çıxaraq aşmışdı. Qəzada ölüm hadisəsi olmayıb. Gürcüstan tərəfi yanğının qarşısını alıb və hadisə haqda araşdırmaya başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə