Ən böyük internet-axtarış şəbəkəsi olan "Google" haqda araşdırma başlayacaq. SİA-nın xəbərinə görə, buna səbəb isə "Google"un internet-axtarış sahəsində digər şirkətlərlə rəqabətdə ədalətli rəqabət prinsiplərini pozması göstərilir. Amerika Federal Ticarət Komissiyasının bu barədə araşdırmanı 1 həftə içində aparacağı gözlənilir. Qurumun iddiası isə "Google"da axtarış edən istifadəçiləri sözügedən axtarış saytı əlavə yan saytlara yönləndirir. Bu barədə isə "Google" şirkəti hələ də bir açıqlama verməyib.
ABŞ-da internet üzərindən aparılan axtarışların 23-nə sahib olan şirkət uzun müddətdir ki, bu sahədəki hegemonluğunu qoruyur, amma son zamanlar bu axtarış sisteminə müraciət edən əksər insanlar axtarış zamanı xəritə, alış-veriş və səyahətlə bağlı yan sayta yönləndirilir.
Bununla bağlı isə yuxarıda adını qeyd etdiyimiz qurum araşdırmaya başlayıb və yaxın zamanlarda "Google" məhkəməyə verib-verməyəcəyi müəyyənləşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB