“Atəşgah Həyat” Azərbaycanın GSM operatorlarının əməkdaşlarını istehsalatda bədbəxt hadisələrdən sığortalayıb

“Atəşgah Həyat” Azərbaycanın GSM operatorlarının əməkdaşlarını istehsalatda bədbəxt hadisələrdən sığortalayıb

Azərbaycanda ilk həyat sığortası şirkəti, "Atəşgah" Sığorta Qrupuna daxil olan "Atəşgah Həyat" SŞ Azərbaycanın üç GSM operatorun - Azercell Telecom, Bakcell və Azerfon (Nar Mobile və Azerfon-Vodafone) əməkdaşlarının istehsalatda bədbəxt hadisələrdən icbari sığortasını həyata keçirib.

Şirkətdən SİA-ya verilən xəbərə görə, onlar 2010-cu ilin dekabrından tətbiq olunan "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq sığortalanıb.

Qanun Azərbaycan Respublikasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətləri tənzimləyir, bu münasibətlərin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

"Atəşgah Həyat" SŞ – 2008-ci ilin dekabrında Azərbaycanda təsis edilmiş ilk həyat sığortası şirkəti, bu qanunla bağlı sığorta xidmətlərini 2010-ci ilin dekabrından təqdim etməyə başlayıb.

Şirkət həyat sığortası üzrə həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta və sağalmaz xəstəliklərdən sığorta xidmətlərini təklif edir.

Bütün xəbərlər Facebook səhifəmizdə