İngiltərənin maliyyə naziri Osborne investisiya və depozit banklarının fəaliyyətlərini bir-bitindən ayırmaq qərarına gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə İngiltərənin maliyyə naziri George Osborne depozitlərin güvəncə altında olması üçün bankalrın köklü şəkildə islahatlara gedilməsinin lazım olduğunu bildirib. Bundan əlavə nazir bu islahatalrın hüquqi və maliyyə tərəflərinin necə olacağı ilə bağlı suallara irəliləyən vaxtalrda cavab verəcəyini bildirib.
Bu qərarın mahiyyəti ondan ibarətdir ki, hər hansı bir maliyyə böhranında əmanətçilərin əmanətini sağlam şəkildə qorumağa imkan yaradacaq. Bundan başqa nazir "Nothern Rock" bankının da özəlləşəcəyini bildirib.
Xatırladaq ki, adı çəkilən bank 2008-ci ildə maliyyə böhranı vaxtı iflasın bir addımlığına çatmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB