Heydər Əliyev adına Bakı neft emalı zavodunda işə qəbulla əlaqədar müsahibə keçirilib

Heydər Əliyev adına Bakı neft emalı zavodunda işə qəbulla əlaqədar müsahibə keçirilib
ARDNŞ yeni kadrların hazırlanması, onların Şirkətin müəssisələrində peşə və ixtisaslarına uyğun işlə təmin olunması istiqamətində fəaliyyətini davam etdirir. SİA-nın qurumun rəsmi internet səhifəsinə istinadən verdiyi xəbərə görə, şirkətin mühüm struktur vahidlərindən olan Heydər Əliyev adına Bakı neft emalı zavodunda da işə qəbul məsələsinə mühüm önəm verilir, müəssisənin sahələrinə ən layiqli mütəxəssisləri cəlb etmək üçün Şirkətin İnsan Resursları Departamenti nümayəndələrinin iştirakı ilə müsahibələr keçirilir. Qeyd edək ki, işə qəbulla əlaqədar müraciət edib şəxslərin vakant vəzifə və peşələrə seçiminin şəffaf aparılması üçün zavodda Kadr seçimi üzrə Komissiya yaradılmışdır. Bu günlərdə Heydər Əliyev adına BNEZ-də işə qəbulla əlaqədar müraciət etmiş 30 nəfərin müsahibəsi keçirilib. Namizədlərə öz ixtisas və peşələrinə uyğun suallar verilib, onların mexanika, texnologiya, elektroenergetika, kompüterlə iş və s. üzrə nəzəri bilik və təcrübələri yoxlanılıb. 15 nəfər mütəxəssis və fəhlənin bilik və peşəkarlıq səviyyəsi Kadr seçimi üzrə Komissiyanı qane etmiş, onların işə qəbul olunması məqbul sayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə