Neftin qiyməti azalıb

ABŞ-ın əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatları gedişində neftə olan tələbin 2% azalması qiymətlərə də təsirsiz ötüşməyib. Belə ki, tələbdəki azalma neftin bir barelinin 1,99 dollar azalmasına səbəb olub. Belə ki, iyun ayının 13-ü üçün bağlanan əqdlər WTI markalı neft üçün belədir:

İyunun 14-də Londonun ICE Futures əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Brent markalı neftin iyul fyuçerslərinə olan dəyəri 0,38 dollar azalaraq 119,10 dollar təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin iyul fyuçerslərinə olan qiyməti 1.99 dollar azalaraq 97.30 dollar olub. Neftin qiymətindəki geriləmənin səbəbini ekspertlər Yunanıstandakı hadisələrlə əlaqələndirir. Digər səbəb isə "OPEK"-in iyun üçün bazara təqdim etdiyi günlük 87,9 mln barel nefti 88,1 mln barelə qaldırmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə