Trend Micro Azərbaycanda rəsmi ofisini açır

Trend Micro Azərbaycanda rəsmi ofisini açır

Antivirus markası olan Trend Micro Azərbaycanda rəsmi ofis açacaq. Antivurusu Azərbaycana Türkiyənin Helyum Bilişim şirkəti gətirir. SİA-nın xəbərinə görə, şirkət Trend Micro ilə bütün Türk Cumhuriyyətlərində rəsmi təmsilçi olub. Bu istiqamətdə də bölgə ofislərindən birini də Bakı-da açır. Artıq Azərbaycanda müəyyən işlərə də başlayıblar. Şirkətin ölkəmizdəki ilk partnyoru \"KÜR kompüterləri\" olub. Bölgədə antivirus istifadəçiləri kompüter istifadəçilərinin 30%-i qədərdi, bu nisbəti yüksəltmək və təhlükəsizlik həlləriylə əlaqədar insanların məlumatının artırılması məqsədiylə ilk etapda Trend Micro təhlükəsizlik məhsulları üzərində duracaq olan Helyum Bilişim-in bölgədə reallaşdıracağı proyektlərin çoxu dövlət tərəfindən edilməsi qərarlaşdırılmış olan proyektlərdən meydana gəlir. Firma, təhlükəsizlik həlləri xaricində, universitetlərdə network proyekti, sistem quraşdırılması, quruluşun etibarlı hala gətirilməsi üçün lazımlı məhsulların təsbiti və mövqeləndirilməsi üçün də işlər görəcək.


Qeyd edək ki, xalq komputeri kimi dövlət proyektlərində də Trend Micro antiviruslarının tətbiqi gözlənilir.





Bütün xəbərlər Facebook səhifəmizdə