Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2011-ci ilin may ayında dövlət büdcəsinə 95 milyon 252 min manat vəsait ödəyib. SİA-nın qurumun rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin may ayı ilə müqayisədə 7 milyon 320 min manat və ya 108,3 faiz çox olub. Ümumiyyətlə, 2011-ci ilin yanvar-may aylarında büdcəyə 448 milyon 276 min manat ödənib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 milyon 994 min manat (105,4 faiz) çox olub. Bundan başqa, cari ilin may ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 704 min manat vəsait köçürüb. Bu, 2010-cu ilin may ayına nisbətən 1 milyon 522 min manat və ya 114,9 faiz çox deməkdir. Ümumiyyətlə, 2011-ci ilin yanvar-may aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 53 milyon 195 min manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 572 min manat və ya 107,2% çox olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB