Bakıda Beynəlxalq Xəzər Neft və Qaz sərgi və konfransı öz işinə başlayır
Bu gün 18-ci Beynəlxalq "Xəzər Neft və Qaz, Neftayırma və Kimyası Sərgi və konfransı və 1-ci Xəzər Beynəlxalq Energetika və Alternativ enerji sərgisinin açılışına həsr olunun mətbuat konfransı keçirilib. SİA-nın xəbərinə görə, mətbuat konfransında çıxış edən "İTE Qrup" şirkətinin İcraçı direktoru Edvard Stroon qeyd edib ki, bu il Xəzər Neft-Qaz sərgisində dünyanın 27 ölkəsindən 285 şirkət iştirak edir və bu iştirakçılar arasında Böyük Britaniya, Rusiya, Türkiyə və Almaniyanın milli qrupları vardır. Onun sözlərinə görə, sərgidə yerli şirkətlərin iştirak faizi durmadan artır: "Belə ki, bu il onlar ümumilikdə sərgi iştirakçılarının 38 faizini təşkil edəcəklər. İştirakçılar tərəfindən nəzərədə tutulan sərgi sahələrin sayı ötən il ilə müqayisədə 25 faiz çoxdur. Xəzər Neft-Qaz sərgisində debütant şirkətlər isə eksponentlərin ümumi sayının 12 faizini təşkil edir".
"İTE Qrup" şirkətinin Neft və Qaz sərgisinin layihə meneceri Ruxsarə Liberman isə vurğulayıb ki, şirkət tərəfindən mütəmadi olaraq sərgi haqqında dünyanın aparıcı sərgilərində təbliğ olunur. Nigar Muradxanlı da həmçinin vurgulayıb ki, sərginin ekspozisiyası "Bakı Ekspo" kompleksinin 2 pavilyonunu əhatə edəcək və ən yeni neft-qaz avadanlıqlarını, habelə neftçıxarma və enerji daşıyıcılarının nəqli sahəsində qabaqcıl texnologiyaları nümayiş etdirməklə yanaşı, Azərbaycan ərazisində həyata keçirilən və gələcəkdə həyata keçiriləcək neft və qaz layihələrini təqdim edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB