Azərbaycanda vergi ödəyicilərinin pasportlaşdırılması prosesinin birinci mərhələsi başa çatır
Azərbaycanda vergi ödəyicilərinin pasportlaşdırılması prosesinin birinci mərhələsi başa çatır. SİA-nın məlumatına görə, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib.
Onun sözlərinə görə, pasportlaşdırmanın birinci mərhələsi başa çatmaq üzrədir, yəni artıq müəyyən etmişik ki, harada, hansı sahələr və ərazilərdə problemlər nədir: "İndi bu sənədlər dürüstləşdirilir. Yaxın vaxtlarda aşkar edilən və indiyədək vergi uçotuna durmayan təsərrüfat subyektləri - obyektlərin, hüquqi və fiziki şəxslərin qeydə alınması prosesinə başlanacaq. Ümumilikdə, prosesin ilin sonunadək davam etməsi gözlənilir, bu işlər çərçivəsində əlavə tədbirlər də görüləcək. Çünki burada tələskənliyə yol vermək olmaz, əsas vəzifəmiz sadəcə dürüstləşdirmə aparıb buna son qoymaq deyil. Biz elə etməliyik ki, iş adamları üçün əlverişli biznes mühiti yaransın və vergi bazasının genişləndirilməsi də təmin olunsun", - deyə nazir müavini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB