"Azərbaycan Xəzər Dəniz Gəmişiliyi" QSC-nin (ASCO) istiqrazları üzrə növbəti kupon ödənişləri olub.
SİA ASCO-ya istinadən xəbər verir ki, istiqrazlar sahiblərinə ümumilikdə 4,5 milyon ABŞ dolları qazandırıb.
Faiz ödənişlərinin 3 milyon dolları 3 mart 2023-cü ildə dövriyyəyə buraxılmış, ümumi məbləği 100 milyon ABŞ dolları olan istiqrazlar, 1,5 milyon dolları isə 23 fevral 2024-cü ildə dövriyyəyə buraxılmış, ümumi məbləği 50 milyon ABŞ dolları olan istiqrazların payına düşüb.
Hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan ASCO istiqrazları 5 illik buraxılıb. Onların illik gəlirliliyi 6 %-dir. Faizlər 6 aydan bir ödənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB