"AzerGold"un törəmə şirkətinin nizamnamə kapitalı cüzi artırılıb

"AzerGold" QSC-yə məxsus "Daşkəsən Dəmir Filiz" MMC-nin nizamnamə kapitalı 51 250 manat və yaxud cüzi artırılıb. SİA xəbər verir ki, şirkətin kapitalı 214 303 975 manatdan 214 355 225 milyon manata çatdırılıb.

Xatırladaq ki, "Daşkəsən Dəmir Filiz" 2020-ci ilin dekabr ayında ölkə ərazisində dəmir filizi yataqları üzrə fəaliyyətin təşkil edilməsi məqsədilə yaradılıb. Məqsəd səhmdar cəmiyyətinin irimiqyaslı layihələrindən biri olan “Daşkəsən” dəmir filizi sahəsinin yenidən istismara verilməsi ilə ölkə iqtisadiyyatına, o cümlədən bölgənin inkişafına əlavə töhfə verməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə