Azərbaycan Norveç iqtisadiyyatına investisiya qoyuluşunu 6 dəfədən çox artırıb
2024-cü ildə Azərbaycan Norveç iqtisadiyyatına 7 milyon ABŞ dolları birbaşa investisiya qoyub. SİA Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 6,2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanın Norveç iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 0,4 % olub və yeni formalaşıb.
Ötən il Norveç isə Azərbaycan iqtisadiyyatına 136,7 milyon ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, əvvəlki ilə nisbətən 10,1 % azdır.
İl ərzində Norveçin Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 2,3 %-dan 1,9 %-a düşüb.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 1 milyard 762,7 milyon ABŞ dolları (2023-cü illə müqayisədə 43,45 % az), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 7 milyard 46,2 milyon ABŞ dolları (5,8 % çox) təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə