“Azərbaycan Dəmir Yolları” QSC (ADY) dəmir yollarının dayanıqlı inkişafı üçün su resurslarına qənaət edir, çirkli suyun təkrar istifadəyə qaytarılmasını təmin edir. ADY-dən SİA-ya verilən məlumata görə, yeni Biləcəri və Gəncə lokomotiv depolarında hərəkət tərkibinin yuyulmasında 1510-84 DÜST normasına uyğun olaraq avtomatik yuma cihazından istifadə edilir.
Məlumata görə, proses zamanı yaranan çirkli su mərhələli şəkildə təmizlənərək təkrar istifadəyə verilir.
Yekunda toplanan sənaye mənşəli çirkab suları müvafiq sistemlər vasitəsilə təmizlənərək kanalizasiyaya axıdılır.
Qeyd edək ki, 22 mart - Dünya Su Resursları Günü kimi qeyd olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə