Avropada təbii qaz 4%-dən çox ucuzlaşıb

Ötən gün hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 460 ABŞ dollarından aşağı enib. SİA xəbər verir ki, 13 mart tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə aprel fyuçerslərinin qiyməti 456,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (476,4 dollar) ilə müqayisədə 4,1% azdır.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən TAP vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə