“AzərEnerji” “Masdar” şirkəti ilə gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıb

“AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayevlə “Masdar” Şirkətinin əməliyyat üzrə rəhbəri Abdulaziz Alobaidlinin başçılıq etdiyi nümayəndə heyətləri arasında görüş olub. ASC-dən SİA-ya bildirilib ki, görüşdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlər haqda fikir mübadiləsi edilib. İstismarda olan “Qaradağ” Günəş Elektrik Stansiyası və Meqa layihənin icra strategiyası barədə müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə